RƏSMİ SƏNƏDLƏR


Braziliyanın Rio-de-Janeyro şəhərinin meri Marselo Krivelladan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə Sizi və xalqınızı Rio-de-Janeyro şəhərinin sakinləri adından böyük məmnuniyyət hissi ilə təbrik edirəm.

2015-ci ildən etibarən qardaşlaşmış Rio-de-Janeyro və Bakı şəhərlərinin əlaqələrinin göstəricisi olaraq, Rio meriyası bu əlamətdar yubileyin şəhərimizdə qeyd edilməsində Azərbaycan səfirliyinə kömək etmək üçün səylər göstərmişdir. Şənliklər Rio-de-Janeyrodakı əsas təhsil ocaqlarından biri olan Azərbaycan Bələdiyyə Məktəbində keçirilmiş və şəhərimizin ən məşhur rəmzlərindən sayılan İsa Məsihin abidəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılmışdır.

Əminəm ki, bu tədbirlər xalqlarımızın dostluğunun möhkəmlənməsinə, ölkələrimiz və şəhərlərimiz arasında əməkdaşlığın inkişaf etdirilməsinə töhfə verəcək.

Dərin hörmətlə,

 

Marselo Krivella

Braziliyanın Rio-de-Janeyro şəhərinin meri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin