DÜNYA


Britaniyada benzin və dizel yanacaqlı avtomobillərə qadağa qoyulacaq

London, 18 noyabr, AZƏRTAC

Böyük Britaniyada 2030-cu ildən benzin və dizel yanacağı ilə işləyən avtomobillərə qadağa qoyulacaq.

AZƏRTAC xəbər verir ki, Baş nazir Boris Conson benzin və dizellə işləyən avtomobillər və mikroavtobusların 2030-cu ildən etibarən satılmayacağını deyib. O, hibrid modellərə də icazə veriləcəyini bildirib.

Bu qərar Baş nazirin yaşıl sənaye inqilabı adlandırdığı planın bir hissəsidir. Yeni qanunun qəbul olmasında məqsəd ölkədə iqlim dəyişikliyi və nüvə sənayesində irəliləyiş əldə etməkdir. Planın həyata keçirilməsi üçün büdcədən 4 milyard funt-sterlinq vəsait ayrılıb.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.