DÜNYA


Brüssel aeroportunda tətil 950 reysin ləğv edilməsi ilə nəticələnib

Bakı, 1 noyabr, AZƏRTAC

Brüsselin beynəlxalq aeroportunda yükdaşıyanların altı günlük tətili 950 reysin ləğv edilməsinə səbəb olub.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, oktyabrın 25-dən 31-dək davam edən tətil ümumilikdə 115 min sərnişinə təsir edib. Nəticədə “Aviapartner” hendlinq kompaniyası əmək şəraitinin yaxşılaşdırılması və maaşların artırılması ilə bağlı tələbləri yerinə yetirmək barədə öhdəlik götürüb.

Sərnişin və yük təyyarələrinə yerüstü xidmət göstərən “Aviapartner” kompaniyası baqajların yüklənməsi və boşaldılması ilə məşğuldur. Şirkət hər gün yerinə yetirilən reyslərin 30 faizinə xidmət göstərir. “Easyjet” və “Ryanair” loukosterləri, həmçinin “British Airways”, “Air Baltic”, “Iberia”, KLM, “Qatar Airways” və SAS daxil olmaqla 20-yə yaxın aviaşirkət “Aviapartner” kompaniyasının müştərisidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.