Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə NATO-nun Baş katibi Yens Stoltenberqin birgə mətbuat konfransı olub YENİLƏNİB VİDEO

Brüssel, 14 dekabr, AZƏRTAC

Dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə NATO-nun Baş katibi Yens Stoltenberqin Brüsseldə Alyansın mənzil-qərargahında birgə mətbuat konfransı olub.

AZƏRTAC mətbuat konfransını təqdim edir.

Moderator: Hər vaxtınız xeyir. Biz Baş katibin və Prezidentin bəyanatlarından başlayacağıq və sonra bir neçə sual üçün vaxtımız olacaq. Cənab Baş katib.

Baş katib Yens Stoltenberq: Prezident Əliyev, NATO-nun mənzil-qərargahına bir daha xoş gəlmisiniz. Sizi bir daha görmək xoşdur. Siz, əslində, yeni binada ikinci dəfə olursunuz. Keçən dəfə ikitərəfli görüşümüz köhnə binada keçirilmişdir. Bizim çox konstruktiv müzakirəmiz oldu və Siz indi bütün 30 müttəfiqin iştirakı ilə Şimali Atlantika Şurasının iclasında iştirak edəcəksiniz.

Bu, NATO-nun Azərbaycanla tərəfdaşlığında dialoqun və qarşılıqlı anlaşmanın önəmini göstərir. Uzun illər ərzində aramızda güclü əməkdaşlıq olub. Bu gün əməkdaşlıq bir çox sahələri, bacarıqların inkişafından tutmuş enerji təhlükəsizliyinə qədər olan sahələri əhatə edir. NATO müttəfiqləri, həmçinin sizə köhnə sovet ordusundan qalmış artıq minaların və silah-sursatın zərərsizləşdirilməsi ilə bağlı kömək göstərmişdir. Bu gün biz birlikdə daha nələri edə biləcəyimizi müzakirə etdik.

Azərbaycan bizim Əfqanıstandakı sabiq missiyamıza mühüm töhfələr vermişdir və Azərbaycan Silahlı Qüvvələri Kabil hava limanında bu yay aparılan təxliyə işləri zamanı təhlükəsizliyin təmin edilməsində mühüm rol oynamışdır. NATO müttəfiqləri bir neçə gün ərzində 120 mindən çox insanın təyyarə ilə çıxarılaraq təhlükəsizliyinə nail olmuşdur. Bütün səyləriniz və dəstəyiniz üçün çox sağ olun. Cənubi Qafqazda təhlükəsizlik və sabitlik bizim hamımız üçün vacibdir. Bütün insanların sülh şəraitində gələcəyini təmin etmək üçün biz hər ikisi NATO-nun dəyərli tərəfdaşı olan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyirik.

Prezident Əliyev, icazə verin NATO-nun mənzil-qərargahına gəldiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirim. Mən NATO və Azərbaycan arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün işimizin davam etdirilməsini səbirsizliklə gözləyirəm. Bir daha xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Çox sağ olun, cənab Baş katib. Əvvəlcə, dəvətiniz üçün təşəkkür edirəm. NATO-nun mənzil-qərargahını bir daha ziyarət etmək mənim üçün böyük şərəfdir. Biz artıq mənim bu binada ikinci dəfə olduğumu müzakirə etdik. Lakin mən NATO-nun mənzil-qərargahına yeddinci dəfədir ki, səfər edirəm. Bütün bunlar bizim əməkdaşlığımızın dinamizmini göstərir. “Qətiyyətli dəstək” missiyasına verdiyimiz töhfə barədə sözləriniz üçün təşəkkür edirəm.

Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübuta yetirib. Biz Əfqanıstandakı sülhməramlı missiyamıza 2002-ci ildə başladıq və bu il avqustun sonunda onu bitirdik. Azərbaycan hərbçiləri Əfqanıstanı sonuncu tərk edən koalisiya qüvvələrinin hərbçiləri arasında idi. Əlbəttə ki, bu, birlikdə işləməyin böyük bir təcrübəsidir. Bu gün biz, həmçinin əməkdaşlıqla bağlı gələcək planlarımızı müzakirə etdik. Azərbaycan NATO-nun hərbi təlimlərində iştirak edir. Eyni zamanda, biz NATO-nun hazırkı və aparıcı üzvlərindən biri olan Türkiyə ilə yalnız bu il yeddi birgə hərbi təlim keçirmişik. Bu da regionda sülh və sabitlik işinə xidmət edir.

Biz cənab Baş katiblə Cənubi Qafqazda postmüharibə vəziyyətini müzakirə etdik. Azərbaycan sülhə, sabitliyə və proqnozlaşdırılmaya sadiqdir. Bizim səylərimiz regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi məqsədi daşıyır. Bunun üçün ən yaxşı yol kommunikasiyaların açılması, aktiv dialoqun qurulması və yenidən qonşu olmağı öyrənməkdir. Bizim siyasətimiz çox açıq və aydındır. Ümidvaram ki, əgər Ermənistan tərəfindən xoş məram olsa, biz təklif etdiyimiz kimi iki ölkə arasında sülh razılaşması üzərində işləyə və düşmənçiliyə son qoya bilərik.

Biz, həmçinin cənab Baş katiblə regionda enerji təhlükəsizliyi məsələlərini müzakirə etdik. Mən cənab Baş katibə məlumat verdim ki, bu gün Azərbaycan NATO-ya üzv 4 ölkənin etibarlı təbii qaz təchizatçısıdır. Əminəm ki, qarşıdakı illərdə onların sayı arta bilər. Bu, həmçinin regional sabitlik, təhlükəsizlik üçün mühümdür. Çünki enerji təhlükəsizliyi artıq ölkələrin milli təhlükəsizliyinin bir hissəsidir. Ümumilikdə biz NATO ilə yüksəksəviyyəli qarşılıqlı fəaliyyətdə olmaqdan çox şadıq. Biz çox şadıq ki, NATO bizim səylərimizi qiymətləndirir və bu gün biz regionun xeyrinə və dünyada təhlükəsizlik üçün birgə səyləri davam etdirməklə bağlı razılığa gəldik. Bir daha dəvətə görə təşəkkür edirəm.

Moderator: Mən Azad Avropa Radiosunun müxbirinin sual vermək istədiyini görürəm.

Azad Avropa Radiosunun müxbiri Rikard Jozviak: Mənim hər ikinizə sualım var. Cənab Əliyevlə başlayıram. Cənab Əliyev, Siz Ermənistanla əlaqələri qeyd etdiniz. Məsələlərdən biri Zəngəzur dəhlizidir. Siz həmin dəhlizdə Ermənistanın gömrük yoxlamalarını qəbul edərsinizmi? Azərbaycanın bununla bağlı fikri nədir? Bir də soruşa bilərəmmi, bu gün Siz cənab Paşinyan və cənab Mişellə görüşəcək, onlarla nahar edəcəksiniz. Siz bağlılığa dair müəyyən bəyannamə imzalamalısınız. Bu, konkret olaraq nə deməkdir? Siz Ermənistanla hansı cür bağlılıq məsələlərinin ola biləcəyini qeyd edə bilərsinizmi?

Cənab Stoltenberqə sualım. Bu gün Rusiya rəsmisi raketlərə, yaxınmənzilli raketlərə moratorium barədə danışıb. Siz bunu bir növ sülh mesajı kimi görürsünüz, yoxsa düşünürsünüz ki, Rusiyanın çıxdığı saziş orta və yaxınmənzilli raketlərin ləğvinə dair sazişə geri qayıtmaq yaxşı olardı? Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Zəngəzur dəhlizi ilə bağlı demək istərdim ki, regionda bu kommunikasiyaların açılması təklifi ötən il noyabrın 10-da Rusiya Prezidenti, Ermənistanın baş naziri və mənim tərəfimdən imzalanmış üçtərəfli Bəyannamədə öz əksini tapıb. Beləliklə, bütün lazımi şəraiti təmin etmək Ermənistan üçün bir növ öhdəlikdir. Baxmayaraq ki, bir ildən çox vaxt ərzində irəliləmək asan olmayıb, bu mərhələdə biz Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikasına dəmir yolu əlaqəsinin tikintisi ilə bağlı razılıq, həmçinin magistral yol inşasına dair razılıq əldə etmişik. Lakin magistral yolun dəqiq marşrutu hələ ki, müəyyən olunmayıb. Bu, gələcək müzakirələrin mövzusudur və biz bunu bu axşam cənab Şarl Mişelin ev sahibliyi edəcəyi üçtərəfli görüşdə mütləq müzakirə edəcəyik.

Zəngəzur dəhlizinin hüquqi rejiminə gəlincə, o, Laçın dəhlizinin eynisi olmalıdır. Çünki üçtərəfli Bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Beləliklə, bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması.

Bağlılığa gəlincə, regional nəqliyyat əlaqələrinin inteqrasiyası həqiqətən də region üçün böyük imkandır. Çünki Zəngəzur dəhlizi təkcə bizim Naxçıvan Muxtar Respublikasına çıxış əldə etməyimiz üçün deyil, həm də Ermənistanın Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi üçündür. Bununla, həmçinin Ermənistan da Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi əldə edir. Ermənistan Azərbaycan ərazisindən Rusiya ilə dəmir yolu əlaqəsi əldə edir. Bu gün onların belə bir dəmir yolu əlaqəsi yoxdur. Bu, regionda həqiqətən müsbət ab-hava yarada bilər və bu, hər kəsin xeyrinə olacaqdır. Hesab edirəm ki, bu imkanların düzgün dəyərləndirilməsi dinc gələcəyimizin planlaşdırılması baxımından olduqca vacibdir.

Bir daha qeyd edirəm, biz hazırıq. Biz artıq bir neçə dəfə ictimai şəkildə bəyanatlar vermişik ki, biz düşmənçilik səhifəsini çevirərək sülh sazişi üzərində çalışmaq istəyirik. Cənab Paşinyan və cənab Mişel ilə keçiriləcək görüş bir çox məsələlərə aydınlıq gətirəcəkdir.

Baş katib Yens Stoltenberq: Raketlər məsələsinə gəldikdə uzun illər ərzində ortamənzilli raketlərə dair qadağa qüvvədə idi. Bu, Avropada bu tip raketləri qadağan edən və 1987-ci ildə imzalanan İNF müqaviləsi idi. Artıq bu müqavilə mövcud deyil, çünki Rusiya uzun illər ərzində Avropa ərazisində nüvə başlığı daşımaq imkanına malik ortamənzilli raketlər yerləşdirib. Beləliklə, moratorium ilə bağlı Rusiya tərəfindən irəli sürülən təklif etibar edilən deyil. Ortada qadağa mövcud idi, onlar isə həmin qadağanı pozdular. Rusiya təsdiq oluna biləcək qaydada “SSC8” tipli raketlərini məhv etməyənə qədər, hansı ki, həmin tip raketlər İNF müqaviləsini pozmuş oldu, onların artıq yerləşdirdiyi raketlərə dair moratorium təklifinə etibar oluna bilməz.

NATO Rusiyanın hərəkətləri ilə bağlı qarşılıqlı addımlar atmaq niyyətində deyil. Bizim nüvə başlığı daşımaq imkanına malik raketləri Avropada yerləşdirmək fikrimiz yoxdur. Biz Rusiya ilə dialoq qurmağa hazırıq və hesab edirik ki, silahlanma yarışının qarşısını almaq üçün silahlara nəzarətə ehtiyac var. Burada moratoriumdan söhbət gedə bilməz, çünki Rusiya sübut etməlidir ki, Avropada ortamənzilli raketləri qadağan edən müqaviləni qüvvədən salan silahlar məhv edilib.

Moderator: Sonuncu sualımıza vaxt var.

Mənim adım Vüqar Seyidovdur və Azərbaycan Dövlət İnformasiya Agentliyini (AZƏRTAC) təmsil edirəm. Mənim sualım cənab Stoltenberqədir. İkinci Qarabağ müharibəsindəki Zəfərdən sonra Azərbaycan qalib ölkə kimi dəfələrlə Ermənistana ölkələrin ərazi bütövlüyü və suverenliyini tanımaq şərtilə sülh sazişi üzərində işləməyi təklif edib. Əfsuslar olsun ki, Ermənistan bu günə qədər bundan boyun qaçırır. Nəzərə alsaq ki, NATO ilə Ermənistan arasında əlaqələr inkişaf edir, NATO Ermənistanı Azərbaycanla sülh sazişi bağlamağa inandırmaq işində nə kimi rol oynaya bilər? Sağ olun.

Baş katib Yens Stoltenberq: İlk növbədə, biz qarşıdurmanın bitməsi və hərbi əməliyyatların dayandırılması imkanının əldə edilməsini alqışlayırıq. İkincisi, biz qəti şəkildə inanırıq ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını davam etdirmək vacibdir. NATO Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və dialoqun qurulması səylərini dəstəkləyir. Bugünkü görüşümüzdə Prezident və mən bu məsələləri ətraflı müzakirə etdik və mən bu gün üçtərəfli görüşün keçirilməsini də alqışlayıram. Bu, onu nümayiş etdirir ki, dialoq davam edir, münasibətlərin normallaşdırılması düzgün məcrada gedir. Əsas məsələ zorakılığın yenidən alovlanmasına rəvac verə biləcək addımlardan çəkinmək və qalan məsələləri diplomatik yollarla həll etməkdir.

NATO tərəf tutmur, çünki Azərbaycan NATO-nun dəyərli tərəfdaşıdır, Ermənistan da bizim dəyərli tərəfdaşımızdır. Beləliklə, biz diplomatik səyləri, üçtərəfli səyləri dəstəkləyirik və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması səylərini də güclü şəkildə dəstəkləyirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə NATO-nun Baş katibi Yens Stoltenberqin birgə mətbuat konfransı olub YENİLƏNİB VİDEO

Yanvarda 352-si əkiz, 12 üçəm doğulub

ATGTİ sədri: Novruz bayramı gənclər arasında kreativ şəkildə təbliğ olunmalıdır

Mərkəzi Bank Balakəndə vətəndaşlarla səyyar görüş keçirəcək

Dünyadakı müasir çağırışlar Azərbaycanın təşəbbüsü və iştirakı ilə müzakirə olunur - ŞƏRH

BDU və Pakistanın COMSATS Universiteti arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb

Ötən il Azərbaycanın siyasi sabitliyini, iqtisadi inkişafını və sosial rifahını artıran bir il kimi yadda qalıb - ŞƏRH

® “FCHAIN” gənc gimnast Züleyxa Şabanovanı ad günü münasibətilə təbrik edib

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 4,6 faiz artıb

Milli Aviasiya Akademiyasının müəllim və tələbələri “Starteck AZTR” proqramına qoşulublar

Əziz Ələkbərli: Qərbi Azərbaycana böyük qayıdış bizim strateji hədəfimizdir

Avropa İttifaqı Kiyevə 3,5 milyard avro dəyərində daha bir yardım tranşını təsdiqləyib

Lyova Mnatsakanyan: Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” və “Smerç” silahları olmayıb

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Yaqub Məmmədovun xatirəsi anılıb

İctimai iaşə dövriyyəsi artıb

Mirzə Uluqbəy adına Füzuli şəhər məktəbində bayram konserti təşkil edilib

“Sosial iş və sosial tədqiqat” mövzusunda beynəlxalq konfransına hazırlıq işləri davam edir

“Mənə tez-tez deyirlər ki, bu, kişi işidir” – Qaynaqçı qadın işi ilə hər kəsi heyran qoyub FOTO

Bu ilin iki ayında hər bir istehlakçı məhsul və xidmətlərə orta hesabla 577,6 manat xərcləyib

AMADA nümayəndələri Antidopinq Konvensiyasının Monitorinq Qrupunun iclasında iştirak ediblər

Valentina Matviyenko: Bu gün Rusiya ilə Azərbaycan strateji tərəfdaş və müttəfiqlərdir

Yanvarda 4700-dən çox cütlük nikaha daxil olub

“Arsenal” yayda hücumçu və yarımmüdafiəçi transfer etməyi planlaşdırır

Kənd təsərrüfatı naziri Masallıda vətəndaşların müraciətlərini dinləyib, fermerlərlə görüşüb

Kreml Rusiya və ABŞ prezidentlərinin qarşıdakı danışıqlarının detallarını açıqlamır

Bu il hər bir ölkə sakini 215 manatlıq ödənişli xidmətlərdən yararlanıb

Neft-qaz sektorunda 6,5 milyard manatlıq ÜDM istehsal olunub

Mnatsakanyan: Hər il Ermənistandan 7-8 min hərbi çağırışçı Azərbaycanın işğal edilmiş ərazilərində müddətli hərbi xidmətə göndərilirdi

Heydər Əliyev Beynəlxalq Aeroportu gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi açıqlanıb

Büdcənin icrasında ÜDM-in 7,2 faizi qədər profisit yaranıb

İtaliyada qar uçqunu nəticəsində iki nəfər həlak olub

Abşeron dairəvi dəmir yolunda bazar günləri reyslərinin sayı 10-dan 15-ə çatdırılıb

BDU nümayəndə heyəti Pakistanın NUTECH universitetində olub

Ukraynalı nazir: Sülhməramlılarla bağlı ideya hərbçilərini göndərməyə hazır olan ölkələrlə icra mərhələsindədir

Şimali Kiprdə Türk Dünyası Novruz Festivalı keçirəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanının sınaq versiyası üçün onlayn platforma istifadəyə verilib

Naxçıvanda “İlandağ” geoloji parkı yaradılacaq

İqtisadi fəal əhalinin sayı açıqlanıb

Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt marşrutları üzrə artırılan reyslərin sayı açıqlanıb

Prezident İlham Əliyev şimali makedoniyalı həmkarına başsağlığı verib

Azərbaycanda əhalinin sayı açıqlanıb

AFFA rəhbərliyi U-21 millisinin düşərgəsini ziyarət edib

“Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” II respublika elmi-praktik konfransı keçiriləcək

“Haber Global”: Ermənistana hərbi yardımı artıran Aİ öz siyasətinin ziddinə hərəkət edir

Milli Olimpiya Komitəsi federasiyalar üçün seminar təşkil edib

Bakı-Tbilisi-Ərzurum kəməri ilə 3 milyard kubmetrdən çox qaz nəql olunub

Muxtar respublikada ötən il 311 min ting əkilib

Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt marşrutları üzrə reyslərin sayı artırılır

“Barselona” rəhbərliyi Levandovskinin yerinə yeni hücumçu axtarır

Oya-oya, duya-duya – sənətkarın emalatxanasından REPORTAJ

“Səbail”in yeni baş məşqçisi: Çox çətin yükün altına girdiyimi yaxşı dərk edirəm

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavinini qəbul edib  YENİLƏNİB VİDEO

Naxçıvanda ötən il ekologiyaya vurulan ziyana görə, ümumilikdə, 167 min manat cərimə tətbiq olunub

Qazaxıstanda dünya xalqlarının mədəni irsinə həsr olunmuş beynəlxalq simpozium keçirilib

BDU və Pakistanın NUST Universiteti arasında akademik əməkdaşlıq genişləndirilir

“Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” kəsişmə nöqtəsində” mövzusunda dəyirmi masa keçirilib

Sınaq imtahanında istifadə edilən test tapşırıqlarının doğru cavab etalonları DİM-in saytında yerləşdirilib

BTC ilə daşınan neftin həcmi açıqlanıb

Şimali Makedoniya Respublikasının Prezidenti Zati-aliləri xanım Qordana Silyanovska-Davkovaya

Tovuzda Aqrar Biznes Festivalı keçirilib

Valentina Matviyenko: Xalqlarımız arasındakı münasibətlər qarşılıqlı hörmətə əsaslanır

Mədəniyyət naziri dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

ADAU-da “Kənd təsərrüfatı” ixtisasları üzrə hazırlanacaq yeni təhsil proqramlarının işçi qrupunun iclası keçirilib

Sahibə Qafarova: Azərbaycan və Rusiya parlamentləri arasında ikitərəfli görüşlər qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün son dərəcə vacibdir

Prezident İlham Əliyev Rusiya Federal Məclisi Federasiya Şurasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib  YENİLƏNİB VİDEO

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub VİDEO

Əhalinin gəlirləri açıqlanıb

“AzerGold” və DMXEİA-nın rəhbərliyi mişardaşı karxanası və əhəngdaşı yataqlarına baxış keçirib

Perunun paytaxtında fövqəladə vəziyyət elan edilib

Manatla olan əmanətlərin həcmi artıb

Qalib Həsənoğlu: Azərbaycanın Qarabağ Zəfərinə və onu ölkəmizə bəxş edən şəxsiyyətə musiqi həsr etmək istəyirəm MÜSAHİBƏ VİDEO

Bakıda silah-sursat aşkarlanıb

Azərbaycanın olimpiya mükafatçısı taekvondo üzrə beynəlxalq turnirdə 2-ci yeri tutub

Azərbaycandan Almaniyaya təqribən 22 milyon dollarlıq meyvə-tərəvəz ixrac olunub - TƏHLİL

ANAMA: Ötən həftə 1651,1 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş olub

Agentlik: Xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq

Ukrayna ordusu başqa ölkələrin ərazilərində hərbi əməliyyatlarda iştirak edə biləcək

BDU və COMSTECH arasında əməkdaşlıq əlaqələri qurulur

Lyova Mnatsakanyan: Məni qondarma rejimin “müdafiə naziri” “vəzifəsi”nə Seyran Ohanyanın təqdimatı ilə Serj Sarkisyan təyin edib

Xankəndi və Xocalı Novruz bayramına hazırlaşır

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyəcək

Uşaq Opera Teatrının tanınmış bəstəkarın 75 illiyinə ərməğanı

ABAD məhsulları ABŞ bazarında

Mnatsakanyan: Qondarma rejimin silah-sursat təminatını Ermənistan Müdafiə Nazirliyi həyata keçirirdi

Xarici turistlərin iştirakı ilə Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda Novruz şənliyi keçirilib

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq etməyə çağırıb

Bayram günlərində “ASAN xidmət”in iş rejimi necə olacaq?

Avarçəkmə üzrə Azərbaycan birinciliyi yekunlaşıb, qaliblər mükafatlandırılıblar

Hərbi Prokurorluqla birgə Novruz bayramına həsr olunmuş tədbirlər keçirilib

Vəli Qasımov: “Neftçi” və “Sabah”ın kubokda şansları azdır, çünki həmin yarışda “Qarabağ” da var

Qusarda yerləşən istirahət mərkəzinin fəaliyyəti yanğın təhlükəsinə görə dayandırılıb VİDEO

Bu il xarici ticarətdə artım müşahidə olunub

İsmayıllıda heyvanlardan analizlər götürülüb – Araşdırmalar davam edir

Gediş haqqı nağdsız ödənilən avtobusların sayı açıqlanıb

BMT-nin tarixi qərarı: Azərbaycan əleyhinə manipulyasiyalar puça çıxdı - RƏY

Əmək hüquqlarını pozan “Elay İnşaat” MMC cərimələnib

“Azərenerji”nin nizamnaməsi və strukturu yenidən təsdiq ediləcək

Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib

Çağırışların fürsətə çevrilməsi