MƏDƏNİYYƏT
Bryus Sprinqstin yeni “Letter to you” albomu ilə dinləyicilərin görüşünə gələcək
Bakı, 16 oktyabr, AZƏRTAC
Amerikalı müğənni və bəstəkar Bryus Sprinqstin yeni “Letter to you” albomu ilə oktyabrın 23-də dinləyicilərin görüşünə gələcək.
AZƏRTAC elmundo.es saytına istinadla xəbər verir ki, ifaçının “The E Street Band” qrupu ilə yazdığı albom CD və val formatında buraxılacaq.
“Letter to you” albomu Bryus Sprinqstinin karyerasında sayca 20-ci işidir. Diskdə 12 mahnı yer alacaq. Onlardan doqquzu yenidir. Bu mahnılar ifaçını sevənlər üçün bir tapıntı olacaq.
Əsl rok janrında olan albom “The E Street Band” ilə birlikdə ifaçının evindəki studiyada yazılıb.
Qeyd edək ki, albomun işıq üzü görməsinə az qalsa da, artıq indi “Ghosts” və “Letter to you” mahnılarına qulaq asmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [16:39]
“Dantenin yubileyi” növbəti dəfə səhnədə
- 04.05.2024 [13:21]
Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO
- 04.05.2024 [13:07]
Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub
- 04.05.2024 [11:22]
“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək
- 04.05.2024 [11:21]