İDMAN


Bu gün Azərbaycan güləşçisi Birgül Soltanova U-20 Avropa çempionatında final görüşünə çıxacaq

Bakı, 1 iyul, AZƏRTAC

İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, qadın güləşçilərin mübarizəsində millimizin üzvü Gültəkin Şirinova (53 kq) ilk mərhələdə finlandiyalı Roberta Luostarinenə tam üstünlüklə qalib gəlib - 12:0. Ancaq Gəncə güləş məktəbinin yetirməsi dörddəbir finalda ukraynalı Nataliya Klivçuktskayla bacarmayıb - 4:10.

Birgül Soltanova səkkizdəbir finalda fransalı İris Tieboya tam üstünlüklə qalib gəlib - 10:0. Millimizin üzvü növbəti mərhələdə litvalı İneta Dantayteni vaxtından əvvəl xalçadan məyus yola salıb - 11:0. Yarımfinalda ukraynalı İrina Bondarı “tuşe” ilə məğlub edən B.Soltanova finala yüksəlib. Təmsilçimiz həlledici görüşdə almaniyalı Luisa Şellə qarşılaşacaq.

Mübarizəyə dörddəbir finaldan qoşulan Mərziyə Sadıqova (72 kq) ukraynalı İrina Zablotskaya uduzub - 2:8. Ancaq rəqib finala yüksəldiyi üçün M.Sadıqova bürünc medal qazanmaq şansı əldə edib. Bunun üçün idmançımız macarıstanlı Sofiya Viraqa qalib gəlməlidir.

Bu çəki dərəcələrində medal qarşılaşmaları iyulun 1-də keçiriləcək.

Qeyd edək ki, daha əvvəl güləşçilərimizdən Elnurə Məmmədova (55 kq) qitə birinciliyində qızıl, Əsmər Canqurtaran (50 kq) isə bürünc medala sahib olublar.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.