İDMAN
Bu gün Bakıda FİDE-nin “Qran-pri” yarışlarının birinci mərhələsinin sonuncudan əvvəlki turu keçirilir
AZƏRTAC xəbər verir ki, turnirin liderləri - Fabiano Karuana və Boris Gelfand məğlubiyyətə uğrayıblar. Bundan sonra daha dörd iştirakçı onları haqlayıb.
Boris Gelfand Şəhriyar Məmmədyarova uduzub. Azərbaycan qrossmeysteri israilliyə qara fiqurlarla qalib gəlib. Aleksandr Qrişuk da Fabiano Karuananı qara fiqurlarla məğlubiyyətə uğradıb.
Doqquzuncu turda çox nəticələr müəyyən olub. Dmitri Andreykin və Hikaru Nakamura da bu turda uğur qazanıblar. Onlar müvafiq olaraq Lenyer Domingesə və Rüstəm Qasımcanova qalib gəliblər. Həmin gün Teymur Rəcəbov ilə Sergey Karyakinin və Pyotr Svidler ilə Yevgeni Tomaşevskinin oyunları heç-heçə başa çatıb.
Bazar ertəsi, sonuncudan əvvəlki 10-cu turda aşağıdakı partiyalar keçiriləcək: Gelfand - Rəcəbov, Nakamura - Məmmədyarov, Dominges - Karuana, Karyakin - Svidler, Qasımcanov - Qrişşuk, Tomaşevski - Andreykin.
Doqquz turdan sonra vəziyyət belədir: 1-6. Karuana, Nakamura, Karyakin, Gelfand, Rəcəbov, Svidler -hərəsi 5 xal; 7-8. Qasımcanov, Tomaşevski - 4,5; 9-11. Qrişşuk, Məmmədyarov, Andreykin - hərəsi 4 xal; 12. Dominges - 3 xal.