Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu gün hamı Universitet deyirdi

Bakı, 15 noyabr, AZƏRTAC

1919-cu il 1 sentyabr... Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti Bakı Dövlət Darülfünunun təsis edilməsi haqqında Qərar qəbul edir. Noyabrın 15-də şənbə günü universitetdə birinci dərs günü elan edilir. Bu xəbər xalqımız, o cümlədən ziyalılar, ictimai-siyasi xadimlər arasında böyük razılıqla qarşılanır.

1919-cu il noyabrın 17-də “Azərbaycan” qəzetində “Darülfünunun açılması” adlı məqalədə “Azərbaycan Darülfünunu ilk dəfə olaraq açıldı və ilk gündür ki, məşğuliyyətə başladı”, yazılır… Universitetin ilk rektoru, professor Vasili İvanoviç Razumovski də yazır… Yazır ki, “Azərbaycan öz maarif ocağını yaratdı. Türk xalqının tarixinə yeni parlaq səhifə yazıldı. Avropa ilə Asiyanın qovuşağında yeni məşəl yandı. Bu böyük tarixi hadisənin şahidləri kimi biz özümüzü xöşbəxt hesab edə bilərik”.

Bakı Dövlət Universitetindən AZƏRTAC-a bildiriblər ki, bu möhtəşəm qərardan sonra universitetin həyatı ilə bağlı çox yazılar yazılır, çox fərmanlar verilir, qərarlar qəbul edilir… 1930-da “millətçi” adı ilə bağlanır və bu ağır zaman dörd ilə qədər uzanır. 37-ci ildə 4 rektoru güllələnir, 41-ci ildə rektoru tələbələrini də başına yığıb müharibəyə yollanır, 5 dəfə adı dəyişdirilir... Amma ən çətin illərdə də universitet fədakarlarının hər şeyin yaxşı olacağıyla bağlı ümidi ölmür. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu müqəddəs ocaq çox çətin zamanlardan, ağır sınaqlardan keçərək öz təşəkkülünü tapır. Vaxt var idi ki, 1919-cu ilin yanvarında Cümhuriyyət qurucularının fəal nümayəndələrindən olan Əlimərdan bəy Topşubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına bir qədər də naümid gedən Azərbaycan nümayəndə heyətinin arzuları səkkiz ayın içində gerçəkləşir. Bakı Universiteti yaradılır və o universitetin yubileyi düz 100 il sonra həmin Parisin özündə böyük təntənə ilə qeyd edilir… Sonra Vyana gəlir…

Qət edilən uzun yolun sonunda Azərbaycanın elm və təhsil ocağı, milli mədəniyyət və milli kadr mərkəzi kimi qiymətləndirilən Bakı Dövlət Universiteti öz varlığının 100 ilinə çatır.

15 noyabr 2019… Universitetin Elmi Şurası toplanır. Yubileyə son hazırlıq işləri müzakirə edilir, bu münasibətlə hazırlanmış kitablar haqqında məlumat verilir, Universitetin bütün əməkdaşlarına fərq qoymadan eyni miqdarda mükafat verilməsi qərara alınır... Universitetin rektoru Elçin Babayev Elmi Şura üzvlərindən xahiş edir: Gün ərzində müxtəlif auditoriyalara gedib tələbələrə şanlı tarix haqqında məlumat verin, xatirələrinizi bölüşün!

Əsl canlanma bundan sonra başlayır. Elmi Şura üzvləri auditoriyalara daxil olaraq “Bayramınız mübarək, əziz tələbələr”, - deyrək universitetin tarixi, fəaliyyəti, məşhir müəllimləri, məzunları, dünya elmində rolu haqqında maraqlı, faydalı, məlumatlar verir, nailiyyətlərlə zəngin şərəfli bir yol keçdiyindən danışırlar.

Deyirlər ki, cəmi iki fakültə ilə fəaliyyətə başlayan universitetimizin bazasında sonralar yeni ali məktəblər yaranır, ali pedaqoji institut təsis edilir, tibb institutu fəaliyyətə başlayır.

Universitetin ilk rektoru məşhur cərrah Vasili Razumovski, ilk azərbaycanlı rektoru tanınmış yazıçı Tağı Şahbazi olur. Bir də... bu universitetdən Stalin repressiyası yan ötmür. Ağır və keşməkeşli çağlar bu əzmkar kollektivin iradəsini qıra bilmir. Universitet xalqın qürur mənbəyinə çevrilir. İstər sovet dövründə, istərsə də müstəqillik illərində universitetin inkişafına, tərəqqisinə dəstək verən ümummilli lider Heydər Əliyev bu ali təhsil ocağının rolunu və əhəmiyyətini yüksək qiymətləndirir, onu Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı adlandırır. Ulu Öndər BDU-nun məzunu olması ilə daim fəxr edirdi.

Tələbələr onu da öyrənir ki, Heydər Əliyev, İlham Əliyev, Turqut Ozal, Süleyman Dəmirəl, Zbiqnev Bzejinski, Lütvi Zadə, Butros Butros Qali, Corc Robertson, Koiçiro Matsuura, Oljas Süleymenov, Tadeuş Svetoxovski kimi 50-dən çox tanınmış ictimai-siyasi xadim və elm adamının fəxri doktoru olduğu Universitet hazırda dünyanın ən nüfuzlu informasiya agentlikləri tərəfindən aparılan reytinq müsabiqələrində iştirak edir, 800 elitar universiteti sırasında yer alır, 60-dan çox ölkənin 200-dən çox universiteti, elm və təhsil mərkəzləri ilə əməkdaşlıq edir, Avropa İttifaqının layihələri, türkdilli ölkələri əhatə edən proqramlar, eləcə də tanınmış universitetlərlə tələbə-müəllim mübadilələri həyata keçirir, “ikili” diplom üzrə mütəxəssislər hazırlayır.

Bu gün universitetdə bayram əhval ruhiyyəsi, Universitet günü yaşandı. Hamı bir-birini təbrik edir, daha böyük uğurlar arzulayırdı. Bu gün birmənalı olaraq elmimizin, təhsilimizin günü idi. Bu gün qət etdiyi birəsrlik yaşında bizlərə sevinc bəxş edən, fəxr, ümid yerimiz, qürur ünvanımız olan, möhtəşəmliyi, əzəmətli, müqəddəsliyi, sehri ilə ondan doymağa qoymayan Bakı Dövlət Universitetinin günü idi.

Mövcudluğun mübarək, mənim Universitetim, əvəzedilməz elm və təhsil ocağım!

Yeni yüzilliyə qoyduğun qədəmlərin mübarək, dogma Universitetim!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan geosiyasəti və Türk-İslam birliyinin yeni modeli - ŞƏRH

Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılıb

“Peşə fədakarlarının bir günü”: FHN-in xilasedicilərinin və yanğınsöndürənlərinin iş prosesi VİDEO

“Peşə fədakarlarının bir günü”: FHN-in xilasedicilərinin və yanğınsöndürənlərinin iş prosesi VİDEO

“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub

Cəfər Qarayev: Əsas hədəfimiz beynəlxalq təmasları uzunmüddətli əməkdaşlığa çevirməkdir

Türkiyədə “Forex dələduzluğu”na qarşı əməliyyat keçirilib, 174 şübhəli saxlanılıb

Ekspert: Orta Dəhlizin inkişafı Azərbaycanın istehsal potensialını da artırır - ŞƏRH

Sabitlik artıq dəbdən düşüb – TƏHLİL

Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanun layihəsi müzakirəyə çıxarılıb

AC30 iştirakçıları Milli Hidrometeorologiya Xidmətində olublar

Ekologiya və təbii sərvətlər naziri Xankəndidə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycandan Bolqarıstana və digər Aİ ölkələrinə fındıq ixracı məsələləri müzakirə olunub

Şagirdlər ev tapşırıqlarında süni intellektdən istifadə etməlidirlərmi?

Bilal Şəntürk: Əsas hədəfimiz insan resursları sahəsində əməkdaşlığımızı nəticəyönümlü sistemə çevirməkdir

Sudanın cənubunda toqquşmalar nəticəsində 26 nəfər ölüb

EYBA-nın Bakı konfransında yerli vəkil və hüquqşünaslar üçün qeydiyyat başlayıb

Milli Məclisdə “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi müzakirə olunub

Azərbaycan millisinin futbolçusu Almaniyada komandasını dəyişib

Sabah hava əsasən yağmursuz keçəcək

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gələcək

Fransada polis əməkdaşı terror aktı hazırlamaqda şübhəli bilinərək həbs edilib

İlhamə Qədimova: Fermerlərin 75 faizi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə cəlb edilib

BMT-nin nümayəndəsi: Yəməndə döyüşlər humanitar yardımların çatdırılmasına təsir göstərir

FIFA Qavinin cəzasını qüvvədə saxlayıb

Romada Azərbaycan Milli Musiqi Günü qeyd olunub

Barro: Fransa istənilən təhlükəyə və təcavüzə qarşı hazırlanır

Könül Nəsirova: Milli Musiqi Günü zəngin sənət irsimizə və milli dəyərlərə ehtiramın rəmzidir

Ekspert: Yeni lokomotivlər Azərbaycanın tranzit potensialının artırılmasına mühüm töhfə verəcək

AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək

Həqiqi hərbi xidmət və mülki işə qəbul olmaq istəyən vətəndaşlar üçün oktyabrın 2-si imtahan təşkil olunacaq

Mikayıl Mərdinli: Bakı və Abşeronun ruhu Maqsud İbrahimbəyovun əsərlərində cəmləşib

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil verilib

Rəqəmsal dövrdə uşaqların mütaliə problemi və süni intellektin təsirləri: çıxış yolu nədir?

XXI əsrin müəllimi dövrün tələblərinə uyğunlaşmalı və müasir texnologiyaları bilməlidir - ekspert

AMEA əməkdaşlarının “Web of Science” və “Scopus” jurnallarında çap olunan məqalələrinin sayı artıb

Postmüharibə dövründə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 7 min 300 mənzil verilib

“Qərbi Azərbaycan toponimləri lüğəti”nin II cildi işıq üzü görüb

Muxtar respublikada 24 min 608 aktiv fiziki sahibkarın 6981-i qadındır

İmişlidə mülki müdafiə qüvvələrinin hazırlıq vəziyyəti yoxlanıldı – FOTO

Azərbaycan türk dövlətləri arasında koordinasiya mərkəzinə çevrilib - ŞƏRH

Politoloq: Azərbaycanın yürütdüyü siyasət türk dövlətləri arasında inteqrasiyaya gətirib çıxarıbVİDEO

Politoloq: Azərbaycanın yürütdüyü siyasət türk dövlətləri arasında inteqrasiyaya gətirib çıxarıbVİDEO

Futbol üzrə Azərbaycan millisinin heyəti açıqlanıb

Azərbaycan Strasburqda İkinci Biznes və İnsan Hüquqları Forumunda təmsil olunub

Sarıyoxuş 4 nömrəli kurqanda aparılan arxeoloji tədqiqatlar beynəlxalq mediada

Naxçıvanda qadın sahibkarların sayı açıqlandı

İsmayıl İman: Tamaşanın hər epizodunda Maqsud İbrahimbəyovun tanınan obrazını qorumağa çalışdım

Bu saata olan əsas xəbərlər

Türk dünyasının gücü ortaq dəyərlər və həmrəylikdən qaynaqlanır ŞƏRH

Səbuhi Əhmədov: Cəfərqulu xanın silah kolleksiyası “pazl” prinsipi ilə qurulub

BŞDYPİ Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

BŞDYPİ Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

Hörmüz boğazında gəmi vurulub

NBA-da çıxış edən keçmiş basketbolçu dünyasını dəyişib

Nazir müavini: Yeni qanun layihəsi istehsalçıların dəstəklənməsi və ərzaq təhlükəsizliyi baxımından mühüm addımdır

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvləri təkliflərini bildiriblər

Milli Musiqi Gününün növbəti ünvanı Azərbaycan Milli Konservatoriyası olub

Naxçıvanda Qadın Sahibkarlar Forumu işə başlayıb VİDEO

Naxçıvanda Qadın Sahibkarlar Forumu işə başlayıb VİDEO

Təbii inhisar subyektlərinin razılıq tələb edən hərəkətlərinə dövlət nəzarəti mexanizmləri izah edilib

Məleykə Abbaszadə: Dövlət qulluğuna qəbul prosesinin bütün mərhələləri rəqəmsallaşdırılıb

Seulda Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları barədə məlumat verilib

İçərişəhərdə Maqsud İbrahimbəyovun əsərlərinin motivləri əsasında immersiv tamaşa təqdim olunub

“Qarabağın və Şərqi Zəngəzurun toponimlərinin izahlı lüğəti”nin I cildi nəşr olunub

Kimya İnstitutunun alimlərindən yeni texnoloji layihələr

Naxçıvanda sahibkarlara 139 təsdiqedici sənəd verilib

Azərbaycanda turizmin inkişafı ilə bağlı AMEA-nın Tədbirlər Planı hazırlanacaq

Azərbaycan Milli Xalça Muzeyinin direktoru beynəlxalq konfransda çıxış edib

FHN avtonəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

FHN avtonəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

Azərbaycan musiqisi tarixdən gələn möhtəşəm səs

Quba Soyqırımı Memorial Kompleksini indiyədək milyondan çox insan ziyarət edib

Adil Kərimli: Üzeyir Hacıbəylinin yaradıcılığı milli musiqimizin inkişafında mühüm rol oynayıb

Atlantik okeanında son 60 ilin ən uzun qasırğasız dövrü yaşanır

Deputat: Heç kəsə tarixi və mədəni irsimizi mənimsəməyə imkan verməyəcəyik

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb

Timur Abılayev: Azərbaycanla nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi Qırğızıstan üçün prioritet məsələlərdən biridir - ŞƏRH

Fransada ailə böhranı: maddi çətinliklər ailələrin uşaq planlarını dəyişir

Almaniyada dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərlərindən ibarət not məcmuəsi nəşr olunub

Taksi sürücüləri üçün imtahanda 1398 nəfər müsabiqə şərtini ödəyib

KOBİA: Sahibkarlar 23 fəaliyyət növü üzrə lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər

DTX 5 ölkədə antiterror tədbirləri keçirib, saxlanılanlar var VİDEO

DTX 5 ölkədə antiterror tədbirləri keçirib, saxlanılanlar var VİDEO

Azərbaycanın həvəskar idmançıları açıq suda üzgüçülük tarixində iz qoyublar

Kimya İnstitutunun alimləri Azərbaycan-Özbəkistan birgə müsabiqəsində qalib olublar

Çindən 7 yeni yük lokomotivi Bakıya gətirilib

Azərbaycan ICPEN-in Məsləhət Qrupuna üzv seçilib

Azərbaycan cəmiyyəti tarixi yaddaşına, mənəvi dəyərlərinə, ailə ənənələrinə bağlıdır - ŞƏRH

Muxtar respublikanın xarici ticarət dövriyyəsi 28 faiz artıb

® “Araz” supermarketlərdə innovativ yenilik: Ovuc ilə ödənişlər başlayıb

Rasim Musabəyov: Azərbaycan Türk dünyasının təbii mərkəzi kimi çıxış edir

Mədəniyyət və incəsənət xadimləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Xankəndidə TDT ölkələrinin insan resursları üzrə səlahiyyətli qurum rəhbərlərinin V Görüşü keçirilir

Dünyanın ilk kəlağayı muzeyi FOTOLAR VİDEO

Dünyanın ilk kəlağayı muzeyi FOTOLAR VİDEO

Bakıda Formula 1 yarışı zamanı şəhərdaxili hərəkət üçün əlavə imkanlar yaradılacaq

SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Premyer Liqa: “Neftçi” 1000-ci oyununa çıxır, “Qarabağ” autsayderə qarşı

Azərbaycan nefti 121 dollara satılır VİDEO

Azərbaycan nefti 121 dollara satılır VİDEO

Tokayev ölkənin üç dövlət qurumunun rəhbərini təyin edib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Sentyabrın 18-i Milli Musiqi Günüdür

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb