ELM VƏ TƏHSİL


Bu gündən DİM-də imtahan protokolları və materiallarının emalına başlanılır

Bakı, 23 may, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi tərəfindən II ixtisas qrupu üzrə qəbul imtahanı, eləcə də III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə mayın 22-də keçirdiyi imtahan protokolları və materiallarının emalına bu gündən başlanılır.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Xatırladaq ki, II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı, eləcə də III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahanda 22 min 878 abituriyentin iştirakı nəzərdə tutulurdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.