REGİONLAR
Bu il “Gəncə Şərab–2” müəssisəsinin üzüm bağları 420 hektara çatdırılacaq
Gəncə, 9 fevral, Rauf Hacıyev, AZƏRTAC
Prezident İlham Əliyevin ölkəmizdə üzümçülüyü inkişaf etdirmək, şərab istehsalını artırmaq, eləcə də hazır məhsulun xarici bazarlara çıxarılmasını təmin etmək məqsədilə verdiyi tapşırıqlara uyğun olaraq, “Gəncə Şərab-2” müəssisəsinin üzüm bağları bu il 420 hektara çatdırılacaq. Bu, ötən illə müqayisədə 15 hektar çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ötən ilin yekunları və 2017-ci ildə qarşıda duran əsas məsələlərin həllinə həsr olunan hesabat yığıncağında məlumat verib.
“Gəncə Şərab-2” müəssisəsinin məhsullarının hər zaman yüksək keyfiyyəti ilə seçildiyini deyən E.Vəliyev bildirib ki, ötən il Gəncədə keçirilən “IV Beynəlxalq Şərab Festivalı”nda müəssisənin “Roze” şərabı qızıl medala, “Hill side” Saperavi şərabı isə gümüş medala layiq görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]