REGİONLAR


Bu il respublikanın 38 rayonunda barama yetişdiriləcək VİDEO

Qax, 25 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından alınaraq ölkəmizə gətirilən 20 min qutu hibrid ipəkqurdu sənaye toxumunun 16 min 875 qutusu Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub.

AZƏRTAC-ın bölgə müxbiri stansiyada olub, ipəkqurdu toxumlarının inkubasiyası prosesi ilə maraqlanıb.

Stansiyanın direktoru Əkrəm Fətəliyev bildirib ki, builki mövsümdə respublikanın 38 rayonunda barama yetişdiriləcək. Stansiyada inkubasiyaya qoyulmuş ipəkqurdu toxumlarından əldə olunacaq ipəkqurdlarının mayın əvvəllərində bölgü əsasında respublikanın 35 rayonunun kümçülərinə paylanılması nəzərdə tutulub. Balakən, Zaqatala və Ucar rayonlarının kümçüləri isə öz rayonlarında inkubasiyaya qoyulmuş toxumlardan əldə olunacaq ipəkqurdlarından barama yetişdirəcəklər. Stansiyada ilkin olaraq, mayın 3-dən 5-dək Aran bölgəsinin 22 rayonunun kümçülərinə ipəkqurdları paylanılacaq. Bölgüyə əsasən, Aran rayonları üzrə ən çox ipəkqurdu toxumu Zərdab rayonunun kümçülərinə veriləcək. Bu rayonun barama istehsalçıları cari mövsümdə 1750 qutu ipəkqurdu toxumu alacaqlar. Aran bölgəsi üzrə Ağcabədi rayonunun kümçülərinə 1500 qutu, Füzuli kümçülərinə 1150 qutu, Bərdə rayonunun barama istehsalçılarına isə 1000 qutu ipəkqurdu toxumu paylanılacaq.

Qurum rəsmisinin məlumatına görə, dağlıq ərazidə yerləşən 13 rayonun kümçülərinə isə ipək qurdlarının mayın 5-dən 8-dək paylanılması nəzərdə tutulub.

Stansiya direktoru bildirib ki, 2019-cu ildə ölkəmizdə yaş barama istehsalının 800 tona çatdırılması hədəf olaraq qarşıya qoyulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.