ELM VƏ TƏHSİL


Bugünkü buraxılış imtahanlarının nəticələri 3 həftə ərzində elan olunacaq

Bakı, 30 aprel, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanlarının nəticələri növbəti həftələrdə açıqlanacaq.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanlarda istifadə olunan və yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur. Mayın 1-dən isə DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

Xatırladaq ki, imtahanlar 15 şəhər və rayonda keçirilib. İmtahanların təşkil edilməsi üçün ümumilikdə 81 imtahan binası, 1343 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 81 ümumi imtahan rəhbəri, 220 imtahan rəhbəri, 1666 nəzarətçi–müəllim, 161 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 81 bina nümayəndəsi cəlb edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.