ELM VƏ TƏHSİL
Builki qəbul imtahanlarında 700 bal toplayanlardan 13-ü Bakı Ali Neft Məktəbini seçib
Bakı, 5 sentyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu il birinci ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarının hər iki mərhələsi üzrə ümumilikdə 13 nəfər 700 bal toplayıb və onların hamısı Bakı Ali Neft Məktəbini (BANM) seçib.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, həmin gənclər artıq bu ali məktəbdə qeydiyyatdan keçiblər. Onlardan altısı informasiya təhlükəsizliyi, yeddi nəfəri isə proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları üzrə təhsil alacaq.
Xatırladaq ki, ötən il də birinci qrup üzrə 700 bal toplayan yeddi abituriyentin hamısı BANM-i seçib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [17:20]
Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 04.05.2024 [14:55]
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
- 04.05.2024 [13:20]
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
- 04.05.2024 [12:36]