MƏDƏNİYYƏT
Bursada dərnək sədri: Türk dünyasının mədəniyyət paytaxtı estafetinin Bursadan Şuşaya keçməsi sevincimizi ikiqat artırır VİDEO
Bursa, 2 aprel, AZƏRTAC
Bursa türk dünyasının mədəniyyət paytaxtı olmağa tam layiqdir. Bursa ilə Şuşa şəhərlərinin görünüşündə böyük oxşarlıqlar var. Estafetin Bursadan Şuşaya keçməsi sevincimizi ikiqat artırır.
Bu fikri AZƏRTAC-a müsahibəsində Türkiyənin Bursa şəhərində fəaliyyət göstərən “Gələcəyin İnsanları Məkanı, Gələcəyin İmkanları Məkanı” və “Azərbaycan Deyincə” dərnəklərinin sədri Hüseyn Vəliyev ifadə edib.
Azərbaycanla bağlı geniş tədbirlərin təşkilində daim fəallıq göstərən dərnək sədri Hüseyn Vəliyev bildirib ki, Bursada hər zaman Azərbaycana tükənməz sevgi nümayiş olunur. “Bursa türk dünyasının mədəniyyət paytaxtı İli” çərçivəsində Şuşa ilə bağlı çoxistiqamətli layihələri həyata keçirməyi planlaşdırırıq. Türk Dövlətləri Təşkilatının (TDT) Bursada keçirdiyi İkinci Diaspora Forumunda qaldırılan məsələlər arasında mədəniyyətlərimizin və dəyərlərimizin birgə tanıdılması məsələsi aktual mövzu idi. Bu mənada Şuşa və ona aid bütün gerçəkləri tanıtmaq imkanlarından geniş istifadə etməliyik.
Sabir Şahtaxtı
Səadət Hakıyeva
AZƏRTAC-ın müxbirləri
Bursa