İQTİSADİYYAT


“Buta Airways” İzmirə olan uçuşların sayını artırır

Bakı, 13 oktyabr, Elvin Camalov, AZƏRTAC

“Buta Airways” aşağıbüdcəli aviaşirkət İzmirə olan uçuşların sayını artırır.

AZƏRTAC xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.

Bildirilib ki, noyabr ayının 7-dən etibarən İzmirə uçuşlar həftədə 2 dəfə həyata keçiriləcək. Adnan Menderes hava limanına yerinə yetirilən reyslər yalnız şənbə günləri deyil, həmçinin hər həftənin çərşənbə günləri də baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.