Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

C.Ə.İ. HACIYEVİN XATİRƏSİNİN ƏBƏDİLƏŞDİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, xalq artisti Cövdət Əhməd İsmayıl oğlu Hacıyevin xatirəsini əbədiləşdirmək məqsədilə qərara alıram:

1.Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılsın ki:

-Cövdət Hacıyevin Fəxri Xiyabanda qəbirüstü abidəsinin ucaldılmasını təmin etsin;

-Cövdət Hacıyevin Bakı şəhərində yaşadığı binaya (Xaqani küçəsi, 19/13) xatirə lövhəsinin vurulmasını təmin etsin.

2.Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Bakıdakı musiqi məktəblərindən birinə Cövdət Hacıyevin adını versin.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 18 fevral 2004-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin