İDMAN


Çempionlar Liqası: "Mançester Siti" səfərdə, PSJ öz meydanında qələbə qazanıb

Bakı, 16 fevral, Nicat Məmmədov, AZƏRTAC

Fevralın 16-da futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinə start verilib.

AZƏRTAC xəbər verir ki, gecənin ən maraqlı matçı Fransada "Paris Sen-Jermen" və İspaniyanın "Real Madrid" klubu arasında baş tutub.

"Park-de-Prens" stadionunda oynanılan görüşdə meydan sahibləri minimal hesabla qələbə qazanıblar - 1:0.

Matçın 61-ci dəqiqəsində italiyalı FIFA referisi Daniele Orsato madridlilərin qapısına penalti zərbəsi təyin edib. Topa yaxınlaşan Lionel Messi zərbəni dəqiq yerinə yetirə bilməyib. Görüşün əsas vaxtına əlavə olunmuş dəqiqlərdə "Paris Sen-Jermen" hesabı açıb. Kilyan Mbappe fərdi ustalıq sayəsində komandasının vacib qolunu vurub.

Gecənin digər oyununda İngiltərənin "Mançester Siti" klubu səfərdə Portuqaliyanın "Sportinq" klubunun qonağı olub.

Oyunun favoriti hesab edilən Mançester təmsilçisi böyük hesablı qələbə qazanıb - 5:0. Pep Qvardiolanın yetirmələrinin heyətində Riyad Mahrez (7), Bernardo Silva (17, 44), Fil Foden (32) və Rahim Sterlinq (58) fərqləniblər.

Qeyd edək ki, səkkizdəbir final mərhələsinin digər oyunları fevralın 16-sı, 22-si və 23-də baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.