İDMAN


“Çempionumuz” layihəsi çərçivəsində Nərimanov rayonunda kikboksçularla görüş keçirilib

Bakı, 7 dekabr, AZƏRTAC

“Çempionumuz” layihəsi çərçivəsində dekabrın 7-də Nərimanov rayonunda kikboksinq üzrə dəfələrlə dünya kubokunun, Azərbaycan çempionatının, beynəlxalq turnirlərin qalib və mükafatçıları olmuş Aysu Devrişova və Emil Hümbətov ilə məktəblilərin görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 193 saylı tam orta məktəbdə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin idman uğurlarına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxışında respublikamızda bədən tərbiyəsi və idmanın sürətlə inkişaf etdiyini bildirib. O, atletlərimizin ən mötəbər beynəlxalq turnirlərdə böyük uğurlar qazanmasının dövlət tərəfindən bu sahəyə göstərilən diqqət və qayğının əyani nəticəsi olduğunu vurğulayıb.

Məktəbin direktoru Nihal Hacıyeva Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından, onun maddi-texniki bazasının ildən-ilə möhkəmləndirilməsi nəticəsində əldə edilən nailiyyətlərdən danışıb.

Kikboksçular Aysu Devrişova və Emil Hümbətov idmanda qazandıqları uğurlar barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, məktəbliləri maraqlandıran sualları cavablandırıblar.

Sonda Azərbaycanı beynəlxalq arenalarda layiqincə təmsil etdiklərinə, əldə etdikləri yüksək nailiyyətlərə və “Çempionumuz” layihəsində fəal iştiraklarına görə kikboksçular fəxri fərmanlarla təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.