DÜNYA
Çexiya XİN: ABŞ ilə münasibətlərimiz dəyişməyəcək
Praqa, 7 dekabr, AZƏRTAC
“ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yanvar ayında Ağ Evə gəlişi ilə əlaqədar, NATO-ya və Rusiyaya münasibətdə ABŞ-ın mövqeyində prinsipial dəyişiklik olmayacaq”.
Çexiya diplomatiyasının rəhbəri Lyubomir Zaoralyok ABŞ dövlət katibi Con Kerrinin iştirakı ilə Alyans üzvü olan ölkələrin xarici işlər nazirlərinin müşavirəsi başa çatandan sonra öz fikrini bu sözlərlə ifadə edib.
Trampın Ukraynadakı münaqişə barədə bəzi bəyanatları NATO-nun avropalı müttəfiqlərini narahat edib. Bundan əlavə, Donald Tramp Barak Obama Administrasiyasının zəmanətlərinə rəğmən bəyan edib ki, ABŞ müdafiə xərcləri üçün çox cüzi vəsait ayıran müttəfiq ölkələrə münasibətdə öz öhdəliklərini yerinə yetirməkdən imtina edə bilər.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa