DÜNYA
Çexiya və Polşa hökumətlərinin başçıları Karlovı Varıda görüşəcəklər
Praqa, 4 iyul, AZƏRTAC
Çexiyanın Baş naziri Andrey Babiş iyulun 6-da Karlovı Varıda polşalı həmkarı Mateuş Moravetski ilə görüşəcək. AZƏRTAC xəbər verir ki, görüşdə ikitərəfli ticarətin inkişafı imkanları və Avropa üçün aktual məsələlər müzakirə ediləcək.
Sonra hökumət başçıları Sofiyaya uçacaqlar. İyulun 6-7-də burada Mərkəzi və Şərqi Avropanın 16 dövləti və Çin Xalq Respublikası (ÇXR) nümayəndələri arasında ÇXR-in Avropada investisiya layihələrinin perspektivlərinə həsr olunmuş danışıqlar aparılacaq.
A.Babiş və M.Moravetski nəqliyyat infrastrukturu sahəsində Çexiya-Polşa layihələrindən, Aİ və Vışeqrad dördlüyü (V4=Polşa, Çexiya, Slovakiya və Macarıstan) çərçivəsində əməkdaşlıqdan danışacaqlar. Baş nazirlər Karlovı Varıda Çexiya və Polşa sahibkarları ilə görüşəcəklər.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [17:15]
Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər
- 08.05.2024 [16:41]
“TikTok” ABŞ hökumətini məhkəməyə verib
- 08.05.2024 [16:27]
Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb
- 08.05.2024 [14:57]
Şotlandiyanın yeni birinci nazirinin andiçmə mərasimi keçirilib
- 08.05.2024 [14:35]
BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur
- 08.05.2024 [14:12]
BMT-də süni intellektin inkişaf proseslərində rolu müzakirə edilib
- 08.05.2024 [13:35]