İDMAN
Çeyz Keri: Biz ümid edirik ki, yarış Mayamidə 2021-ci ildə keçiriləcək
Bakı, 10 mart, AZƏRTAC
İctimaiyyətin narazılığı - Mayamidə Qran-Pri F-1 oyunlarının keçirilməsi yolunda əsas maneədir. “Liberty Media”da artıq neçə ildir ki, şəhər oyunundan stadion oyununa keçən bu yarışın baş tutması uğrunda mübarizə aparır. Amma ABŞ-da ikinci Qran-Pri yarışlarının keçirilməsi ideyası dünya çempionatının sahibləri üçün çox cəlbedicidir.
AZƏRTAC xəbər verir ki, Formula 1-in icraçı direktoru Çeyz Keri telefonla konfrans keçirərkən yenidən nikbinliklə bildirib ki, bu mərhələ 2021-ci il mövsümünə daxil edilib.
Çeyz Keri deyib: “Ən yaxın bir-iki həftə ərzində öz mövqelərimizi gücləndirmək məqsədi ilə əlavə görüşlər keçirəcəyik. İndi biz 2021-ci il mövsümündə Mayami mərhələsinin keçiriləcəyinə daha çox əminik.
Biz ilk növbədə, bu mərhələnin ən yüksək səviyyədə keçiriləcəyini, ümidləri doğruldacağını və təkcə ABŞ-da deyil, bütün dünyada maraq oyadacağını yəqin etmək istəyirik.
Biz bu yarışın insanların zövqünü oxşaması və 2021-ci ilə qədər bütün hazırlıq tədbirlərinin görülməsi üçün əlimizdən gələni əsirgəmirik.
Vaxtın get-gedə az qaldığını nəzərə alaraq yüksək nəticələrə nail olmaq üçün fəal surətdə çalışırıq. Mayamidə bu yarışın qısa müddət ərzində reallaşdırılması ideyası bizim ürəyimizcədir”.