Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Çin İctimai Diplomatiya Assosiasiyasının prezidenti Vu Haylonqdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizi Çin İctimai Diplomatiya Assosiasiyasının adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Bu ilin mart ayında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən VII Qlobal Forumunda iştirakımı və Sizin tərəfinizdən qəbul olunmağımı böyük məmnuniyyət hissi ilə xatırlayıram. Bu, Çin nümayəndə heyətinin həmin tədbirdə iştirakına Sizin böyük önəm verdiyinizin təsdiqidir. Sizinlə ölkələrimizin qarşılıqlı münasibətləri, “Bir kəmər, bir yol” təşəbbüsü və xalqlarımız arasında dostluq əlaqələri ilə bağlı geniş müzakirələr apardıq. Zati-alinizlə görüş məndə dərin və unudulmaz təəssüratlar yaratdı.

Cənab Prezident, ali diqqətinizə çatdırmaq istərdim ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi prezidentlik səlahiyyətlərinə yenicə başladığım Çin İctimai Diplomatiya Assosiasiyası da daxil olmaqla bir çox qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq əlaqələri saxlayır. Əminəm ki, xalqlarımız arasında ünsiyyəti və mədəni əlaqələri inkişaf etdirməklə ölkələrimiz qarşılıqlı anlaşma və etimadı daha da möhkəmləndirəcək. Sizi əmin edirəm ki, mən Çin İctimai Diplomatiya Assosiasiyasının prezidenti kimi xalqlarımız arasında dostluğun təşviqi və ikitərəfli əlaqələrin inkişafı istiqamətində səylərimi əsirgəməyəcəm.

Zati-aliləri, mən səmimi qəlbdən inanıram ki, Azərbaycan xalqı Sizin rəhbərliyinizlə daha da xoşbəxt və firavan yaşayacaq. Çin-Azərbaycan dostluğunun əbədi olmasını arzulayıram.

Dərin hörmətlə,

 

Vu Haylonq

Çin İctimai Diplomatiya Assosiasiyasının prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin