İDMAN


Çin Qran-Pri turnirində Azərbaycanın altı kişi cüdoçusu mübarizə aparacaq

Bakı, 14 may, AZƏRTAC

Mayın 24-26-da Çinin Hohhot şəhərində keçiriləcək Qran-Pri turnirində Azərbaycanı altı kişi cüdoçu təmsil edəcək.

AZƏRTAC xəbər verir ki, Qran-Pridə komandamızın üzvləri Kəramət Hüseynov, Tofiq Məmmədov (60 kq), İsmayıl İbrahimov (66 kq), Rüfət Məmmədov, Hidayət Heydərov (73 kq), Zelim Kotsoyev (100 kq) qüvvələrini sınayacaqlar.

İndiyədək 46 ölkədən 400-ə yaxın cüdoçu Çin Qran-Prisində iştirakını təsdiqləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.