DÜNYA


Çin dövlətinin başçısı Yaxın Şərq və Afrika ölkələrinə səfərə yola düşüb

Pekin, 19 iyul, AZƏRTAC

Çin Xalq Respublikasının Sədri Si Cinpin Yaxın Şərq və Afrika ölkələrinə səfərə yola düşüb.

AZƏRTAC xəbər verir ki, Si Cinpin səfərinə Birləşmiş Ərəb Əmirliklərindən başlayacaq, daha sonra Seneqal və Ruandada olacaq. Çin dövlətinin başçısı Yohannesburqda BRICS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) ölkələri liderlərinin X zirvə görüşündə iştirak edəcək. Si Cinpin ölkəsinə geri dönərkən Mavritaniyada qısamüddətli dostluq səfərində olacaq.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.