DÜNYA


Çin polisi silah hazırlanması və satışı ilə məşğul olan dəstəni ifşa edib

Pekin, 2 noyabr, AZƏRTAC

Çin polisi odlu silah hazırlanması və satışı ilə məşğul olan mütəşəkkil dəstəni ifşa edib.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Ciansu vilayətində keçirilən əməliyyat nəticəsində dəstənin başçısı Şen adlı şəxs və 13 üzvü saxlanılıb. Onlardan 180 odlu silah, 3 min silah hissəsi, 20 min güllə müsadirə olunub.

Aprel ayından nəzarətə alınan silah istehsalçılarının ifşası ilə əlaqədar keçirilən əməliyyat zamanı müəyyən edilib ki, ölkə üzrə 3200-dən çox adamın dəstə ilə əlaqəsi olub. Bu əlaqə əsasən odlu silah və ya silah hissələrinin alınması ilə bağlıdır. Məlum olub ki, dəstə ələ keçməmək üçün hazırladığı silahları hissə-hissə satırmış. Müştərilər həmin hissələri sonradan özləri yığmaqla hazır silah formasına salırdılar.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.