DÜNYA
Çində avtomobil dayanacağa çırpılıb, 7 nəfər həlak olub
Bakı, 27 noyabr, AZƏRTAC
Çinin Sıçuan əyalətinin Leşan şəhər dairəsində avtomobil yüksək sürətlə avtobus dayanacağına çırpılıb. Qəza daha bir neçə avtomobilin toqquşması ilə nəticələnib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər həlak olub, 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
İnsident noyabrın 27-də səhər saatlarında qeydə alınıb. Qəzanın səbəbləri məlum deyil. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Yol-nəqliyyat hadisəsini törədən sürücü xəsarət almayıb. O, ifadəsi alınmaq üçün polis idarəsinə aparılıb. Təhqiqat davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [17:34]
“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır
- 04.05.2024 [16:16]
Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb
- 04.05.2024 [15:54]
Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır
- 04.05.2024 [15:52]
Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO
- 04.05.2024 [14:51]
Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub
- 04.05.2024 [14:41]