DÜNYA


Çində sərnişin və yük gəmiləri toqquşub

Pekin, 4 yanvar, AZƏRTAC

Çinin Fucien vilayətinin sahil sularında yanvarın 4-də səhər saatlarında göyərtəsində 14 sərnişin olan gəmi yük gəmisi ilə toqquşub.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, qəza nəticəsində 8 nəfər itkin düşüb. Hadisədən bir qədər sonra 6 nəfər heyət üzvü xilas edilib.

Hazırda itkin düşənlərin axtarış işləri davam etdirilir. Hadisə yerinə yaxınlıqdakı gəmilər və əlavə helikopterlər cəlb olunub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.