DÜNYA
Çinin ŞƏT ölkələri ilə ticarət dövriyyəsi rekord həcmdə artıb
Bakı, 27 yanvar, AZƏRTAC
Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələri ilə Çin arasında ticarət dövriyyəsinin həcmi 2021-ci ildə rekord həcmdə artıb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə ÇXR-in Kommersiya Nazirliyinin rəsmi nümayəndəsi Qao Fen bildirib.
“2021-ci ildə Çin və ŞƏT üzvü olan dövlətlər arasında ticarət dövriyyəsinin həcmi 40 faiz artaraq 343,1 milyard dollara çatıb. Bu, tarixi rekorddur”, - Qao Fen brifinqdə belə deyib. O əlavə edib ki, Pekin birlik ölkələri ilə rəqəmsal iqtisadiyyat, ekologiya, sosial və digər sahələrdə regional əməkdaşlığı genişləndirmək niyyətindədir.
ÇXR Sədri Si Cinpinin qarşıya ŞƏT çərçivəsində ticarət dövriyyəsini yaxın beş ildə 2,3 trilyon dollara çatdırmaq vəzifəsi qoyduğunu xatırladan Qao Fen ticari-iqtisadi sferada daha böyük birgə addımlar atılacağını vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [17:15]
Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər
- 08.05.2024 [16:41]
“TikTok” ABŞ hökumətini məhkəməyə verib
- 08.05.2024 [16:27]
Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb
- 08.05.2024 [14:57]
Şotlandiyanın yeni birinci nazirinin andiçmə mərasimi keçirilib
- 08.05.2024 [14:35]
BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur
- 08.05.2024 [14:12]
BMT-də süni intellektin inkişaf proseslərində rolu müzakirə edilib
- 08.05.2024 [13:35]