CƏMİYYƏT
Çinin ölkəmizdəki səfiri Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub
Bakı, 12 avqust, AZƏRTAC
Çin Xalq Respublikasının ölkəmizdəki səfiri xanım Qo Min Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, qurumun baş katibi Rövşən Muradovun xanım səfirlə söhbəti zamanı IX Qlobal Bakı Forumunun hesabatı da təqdim olunub. Həmçinin X Qlobal Bakı Forumuna hazırlıq və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin gələcək fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.
Çin Xalq Respublikasının səfirinə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan “The Magic of the Pen: Select Miniatures from the Khamsa of Nizami Ganjavi” adlı kitabı təqdim edilib.
Xanım səfirə nümayiş etdirilən, Mərkəzin Çin Xalq Respublikası ilə əməkdaşlığını əks etdirən tədbir və görüşlərlə bağlı sərgi də maraqla qarşılanıb.