SİYASƏT
CİNAYƏT TÖRƏTMİŞ ŞƏXSLƏRİN MÜƏYYƏNLƏŞDİRİLƏRƏK MƏSULİYYƏTƏ CƏLB OLUNMASI ÜÇÜN TƏDBİRLƏR GÖRÜLƏCƏKDİR
Bu məqsədlə martın 4-də cənub bölgəsi üzrə Masallı, martın 11-də isə şimal bölgəsi üzrə Xaçmaz şəhərlərində Respublika Prokurorluğunun, DİN-in, rayon, şəhər prokurorluqları və polis şöbələri əməkdaşlarının iştirakı ilə keçirilmiş əməliyyat müşavirələrində həmin bölgələrdə hərəkətin təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismari qaydaları əleyhinə cinayətlərə qarşı mübarizənin vəziyyəti müzakirə olunmuşdur.
Müşavirələrdə bu qəbildən olan hadisələrin qarşısının alınması məqsədi ilə müvafiq profilaktik işlərin gücləndirilməsi, bu növ cinayət işlərinin nəzarətdə saxlanılıb, istintaqının keyfiyyətli aparılması, ibtidai araşdırmaya prosessual rəhbərliyin gücləndirilməsi, açılmamış cinayət işləri üzrə cinayəti törətmiş şəxslərin müəyyənləşdirilib, istintaqa cəlb olunmaları istiqamətində bütün zəruri tədbirlərin görülməsi rayon prokurorları və polis orqanları əməkdaşlarından tələb edilmişdir.
Respublika Prokurorluğu ölkə ictimaiyyətini tam əmin edir ki, hərəkətin təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismar qaydaları əleyhinə olan cinayətlərin profilaktikasının gücləndirilməsi, cinayət törətmiş şəxslərin müəyyənləşdirilərək, layiqli cəzalarına çatdırılmaları üçün bütün tədbirlər görüləcəkdir.