DÜNYA


CRRC və “İkarus” şirkətləri birlikdə “CityPioneer” elektrobusu istehsal edəcəklər

Budapeşt, 10 yanvar, AZƏRTAC

Macarıstanın “İkarus” və Çinin CRRC şirkətlərinin “Urban Traffic Kft — Electrobus Europe Zrt” adlı birgə müəssisəsi tamamilə elektrikləşdirilmiş "CityPioneer” avtobusunun prototipini təqdim edib.

AZƏRTAC xəbər verir ki, “İkarus” şirkətinin sədri Qabor Seleş jurnalistlərə deyib: “Bir illik işin məhsulu olan bu prototip avtobus kuzovları istehsalı sahəsində “İkarus”un təcrübəsini və dünya səviyyəli elektrik transmissiyaları texnologiyası barədə CRRC şirkətinin təsəvvürlərini özündə birləşdirir. Artıq 2019-cu ildə “CityPioneer” modelinin seriya ilə istehsalına başlanacaq”.

CRRC şirkətinin Macarıstandakı bölməsinin rəhbəri Qu İfen bildirib ki, Avropa bazarları üçün nəzərdə tutulan avtobusların istehsalı “İkarus” şirkətində yeni iş yerləri yaradılmasına və Macarıstanın milli brendinin inkişafına təkan verə bilər.

Alçaq döşəməli avtobus 240 kVt güclü sinxron mühərrikdən və 313 kVt güclü akkumulyator batareyasından qidalanır. 5-6 saat ərzində enerji ilə doldurulan avtobus əlavə enerji doldurmadan 200-260 kilometr məsafəni qət edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.