MƏDƏNİYYƏT


“Cangüdən” filmi təkrar çəkiləcək

Bakı, 16 sentyabr, AZƏRTAC

“Warner Bros.” kino şirkəti ilk dəfə 1992-ci ildə çəkilmiş və Kevin Konstnerlə Uitni Hyustonun oynadığı “Cangüdən” filminin yeni versiyasını çəkəcək.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ-da dərc olunan “Variety” jurnalı yazıb.

Bildirilib ki, “Warner Bros.” yeni filmin ssenarisini “Toni mükafatları”na namizəd olan Metyu Lopesə həvalə edib. Filmin prodüsserləri “Ulduz müharibələri” serialında iki hissənin ssenarisini yazan Lourens Kezdan və “Ələddin” (2019) filminin remeyki üzərində çalışmış Den Lin və Conatan Eyrix olacaq. Yeni “Cangüdən”də kimlərin rol alması barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, 25 milyon büdcəsi olan orijinal “Cangüdən” filmi dünya prokatında 400 milyon gəlir əldə etmişdi. Filmin saundtreki və Uitni Hyustonun ifasında səslənən “I Will Always Love You” mahnısı XX əsrin ən çox satılan 50 albomu siyahısına düşüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.