İQTİSADİYYAT


Cari ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 5,8 milyard kubmetrədək təbii qaz ötürülüb

Bakı, 16 oktyabr, AZƏRTAC

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı magistral qaz kəmərləri ilə 16 milyard 806,1 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,7 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 3 rübdə qaz nəqlinin 34,4 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 5 milyard 785,6 milyon kubmetr təbii qaz göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.