REGİONLAR
Cəbrayıl şəhəri yaxınlığındakı Orta əsrlərə aid qəbiristanlıq yerlə-yeksan edilib – erməni barbarlığı fotolarda
Cəbrayıl, 9 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Dağıdılmış tarixi abidələr, məscidlər, qəbiristanlıqlar, xarabalığa çevrilmiş şəhər, kəndlər... Ermənilərin vandalizm izlərinə Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində hər addımda rast gəlmək olar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Cəbrayılda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm aktı həyata keçiriblər. Cəbrayıl şəhərinin yaxınlığındakı Orta əsrlərə aid qəbiristanlıq da ermənilər tərəfindən yerlə-yeksan edilib. Qiymətli qəbir daşları talan edilərək aparılıb, qəbirlər qazılaraq çıxarılıb, insan sümükləri ətrafa səpələnib...
Özlərini sivil xalq adlandıran ermənilər qəbiristanlıqları dağıtmaqla tarixi keçmişimizi, mənəvi yaddaşımızı silmək istəyiblər. Lakin insanlığa sığmayan bu əməlləri ilə əsl xislətlərini, barbarlıqlarını bir daha nümayiş etdirmiş olublar.
AZƏRTAC Cəbrayıl şəhərinin yaxınlığındakı qəbiristanlıqdan fotoları təqdim edir.