CƏMİYYƏT


Cəlilabadda bələdiyyə ərazisində baş vermiş  yanğının meşə fonduna keçməsinin qarşısı alınıb

Bakı, 25 sentyabr, AZƏRTAC

Sentyabrın 25-də saat 17:30 radələrində Cəlilabad rayonunun Zopun kəndi yaxınlığındakı bələdiyyə ərazisində, Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Cəlilabad meşəbəyliyinin 4 saylı dolayının sərhədində yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bələdiyyə ərazisində baş verən yanğının meşə fonduna keçməməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə dəstəsinin nümayəndələri cəlb ediliblər. Meşə işçilərinin və yanğından mühafizə dəstəsinin ciddi səyləri nəticəsində yanğın qısa müddətdə söndürülüb, yanğının meşə sahəsinə keçməsinin qarşısı alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.