REGİONLAR


Cəlilabadda üç yeni modul tipli məktəb binası istifadəyə verilib

Cəlilabad, 17 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabrın 17-də Cəlilabad rayonunda üç yeni modul tipli məktəb binası müəllim və şagirdlərin ixtiyarına verilib.

Bu münasibətlə keçirilən açılış mərasimlərində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil işçiləri, müəllimlər, şagirdlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Cəlilabad rayonunun Ağusəm kəndindəki 80 şagird yerlik məktəbin modul tipli binasının açılışı olub.

Mərasimdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov müəllim və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb.

Daha sonra Cəlilabad rayonunun Ləzran (40 şagird yerlik) və Suleçeşmə (96 şagird yerlik) ümumi orta məktəbləri üçün tikilmiş modul tipli binaların açılışı olub.

Açılış mərasimlərində çıxış edən valideynlər və müəllimlər yeni tikilən təhsil ocaqlarına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonda məktəb binaları ilə tanışlıq olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.