REGİONLAR
Cəlilabadda xüsusi karantin rejimi qaydalarını pozan şadlıq sarayının sahibi həbs olunub
Cəlilabad, 22 yanvar, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə Polis Bölməsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Göytəpə şəhəri ərazisində yerləşən “Yaşar” şadlıq sarayında təşkil edilən şənlik mərasimində xüsusi karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şadlıq sarayının sahibi İltizam Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək, hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə İ.Həsənov 10 gün müddətinə inzibati qaydada həbs edilib.