REGİONLAR


Cəmiyyətə örnək olanları tanıdan layihə

Sumqayıt, 4 fevral, AZƏRTAC

Sumqayıt Mərkəzi Kitabxanalar Sisteminin (MKS) “Bizi tanıdanları tanıdaq” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev çıxışında layihə çərçivəsində istedadlı insanların cəmiyyətə təqdim olunmasını impulsiv addım adlandırıb.

Belə insanlardan biri, Sumbuilders Robotexnika Proqramlaşdırma Mühəndislik Komandasının təsisçisi Tural Süleymanovun uğur hekayələri dinlənilib.

Tədbir iştirakçıları həmyerlilərinin robotexnika sahəsində apardığı tədqiqatlar, onun ilkin nailiyyətləri ilə bağlı məlumat əldə ediblər.

Sonda Sumqayıt şəhər Həmkarlar Təşkilatı tərəfindən fərqlənən gənclərə fəxri fərman və hədiyyələr təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.