DÜNYA


Cənubi Koreyada avtomobil istehsalı azalıb

Bakı, 22 may, AZƏRTAC

Cənubi Koreyada avtomobil istehsalı ilin birinci rübündə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz azalıb.

AZƏRTAC Koreya Avtomobil İstehsalçıları Assosiasiyasına istinadla xəbər verir ki, azalmanın əsas səbəbi Çin və ABŞ-da Cənubi Koreya istehsalı olan “Hyundai” və “Kia” avtomobillərinə tələbatın zəifləməsidir.

Bildirilir ki, ölkədə yanvar-mart aylarında təxminən 957 min avtomobil istehsal olunub. Cənubi Koreya bu rəqəmlə istehsal olunan avtomobillərin sayı baxımından Çin, ABŞ, Yaponiya, Almaniya, Hindistan və Meksikadan sonra 7-ci yeri tutur.

Assosiasiyanın məlumatına görə, cari ilin birinci rübündə Braziliya, İspaniya və Fransa da daxil olmaqla, dünyanın ən çox avtomobil istehsal edən 10 ölkəsində ümumilikdə 18,49 milyon ədəd avtomobil buraxılıb. Bu da əvvəlki illə müqayisədə 4,6 faiz azdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.