CƏMİYYƏT
Cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb
Bakı, 14 oktyabr, AZƏRTAC
Penitensiar Xidmətin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinə əsasən iki il altı ay müddətinə azadlıqdan məhrum edilmiş Babayev Taleh Taleh oğlu ilə qısamüddətli görüşə gəlmiş həyat yoldaşı, Ağdam şəhər sakini Babayeva Jalə Vəli qızının üzərinə və gətirdiyi sovqata baxış keçirilib. Bu zaman əl çantasının içərisində gizlədilmiş bükülüdə 0,048 qram metamfetamin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]