RƏSMİ SƏNƏDLƏR


Cibuti Respublikasının Prezidenti Zati-aliləri cənab İsmail Ömər Gellehə

Hörmətli cənab Prezident,

Dost Cibuti Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Xoş ənənəyə və qarşılıqlı hörmətə əsaslanan Azərbaycan-Cibuti münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Əminəm ki, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi beynəlxalq platformalarda mövcud olan faydalı əməkdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Cibuti xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyun 2020-ci il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin