İDMAN
Cüdoçularımız dünya çempionatında iştirak edəcəklər
Bakı, 9 avqust, AZƏRTAC
Avqustun 10-13-də Ekvadorun Quayaquil şəhərində gənclər arasında dünya çempionatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, 65 ölkədən 400-ə yaxın idmançının qatılacağı yarışda Azərbaycanı 8 idmançı təmsil edəcək. İdmançılarımız 5 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaqlar. Belə ki, avqustun 10-da Turan Bayramov (60 kq), 11-də Vüsal Qələndərzadə, Qadir Hüseynov (73 kq), 12-də Elcan Hacıyev, Məhərrəm İmamverdiyev (81 kq), Vüqar Talıbov (90 kq), 13-də isə Ruslan Nəsirli (100 kq), Kənan Nəsibov (+100 kq) tatamiyə çıxacaqlar.
Cüdoçularımız baş məşqçi Elxan Məmmədov və məşqçi Elxan Rəcəblinin rəhbərliyi altında çıxış edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [13:38]
Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın
- 07.05.2024 [12:11]
“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb
- 07.05.2024 [11:55]