İDMAN


Cüdoçumuz açıq Avropa turnirinin qızıl medalını qazanıb

Bakı, 3 iyul, AZƏRTAC

Rumıniyanın Kluj-Napoka şəhərində böyüklər arasında keçirilən açıq Avropa turnirində daha bir cüdoçumuz uğurla çıxış edərək qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, kişilər arasında mübarizə aparan Murad Fətiyev (90 kq) bütün rəqiblərini məğlub edərək yarışın qalibi adına sahib olub.

Qeyd edək ki, bundan əvvəl tatami ustalarımız Nazir Talıbov (60 kq), Telman Vəliyev (73 kq) qızıl, Rəşad Yelkiyev (60 kq), Ruslan Paşayev (66 kq), Nəriman Mirzəyev (73 kq) bürünc medallara yiyələniblər.

Yarışda Azərbaycan 14 kişi və 3 qadın olmaqla 17 cüdoçu ilə təmsil olunur. Açıq Avropa turnirində 33 ölkədən 62 qadın və 150 kişi cüdoçu iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.