CÜMHURİYYƏT - 100
Cümhuriyyətin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək
Bakı, 4 aprel, AZƏRTAC
İyunun 27-dən 30-dək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu, Türkiyənin Atatürk Araşdırma Mərkəzi və bu ölkənin Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycanın dövlətçilik tarixinin parlaq səhifəsi” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Tarix İnstitutundan AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub. Tədbirdə iştirak etmək istəyənlər mayın 10-dək 8-10 səhifə həcmində məqalələrinin elektron variantlarını [email protected] ünvanına göndərməlidirlər. Daha ətraflı məlumat üçün Təşkilat Komitəsinə müraciət etmək olar.