İQTİSADİYYAT


D230 blokunda seysmik tədqiqat proqramı uğurla başa çatıb

Bakı, 28 mart, AZƏRTAC

D230 blokunda ötən ilin dekabrında başlanmış üçölçülü seysmik tədqiqat proqramı tam təhlükəsiz şəkildə həyata keçirilib və martın 14-də başa çatıb.

“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a verilən məlumata görə, SOCAR, həmçinin seysmik əməliyyatları həyata keçirən podratçı şirkət “Caspian Geophysical” ilə yüksək səviyyəli əməkdaşlığın nəticəsi olaraq üçölçülü seysmik tədqiqat layihəsi uğurla və qrafikə uyğun tamamlanıb. Növbəti addım əldə edilmiş məlumatların emal olunmasıdır.

Bu seysmik tədqiqatın nəticələrindən asılı olaraq D230 blokunda ilk kəşfiyyat quyusunun planlaşdırılmasına 2020-ci il ərzində başlanması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.