CƏMİYYƏT


DAHA BİR TERRORÇU ÖZÜNÜ PARTLATMIŞDIR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, martın 31-də gecə Daşkəndin qədim hissəsində bir terrorçu buradakı şəxsi evlərdən birinə girərək ailə üzvlərini hədələmiş və onları girov saxladığını bildirmişdir. Qonşuluqda yaşayanlar təcili olaraq köçürülmüş, terrorçu ilə danışıqlara başlanmışdır.

Xüsusi xidmət orqanları əməkdaşlarının terrorçu ilə uzun sürən danışıqlarından sonra terrorçu ev sahiblərini buraxmış, sonra isə bədəninə bağladığı qurğu ilə özünü partlatmışdır. Xüsusi xidmət orqanları əməkdaşlarının bildirdiyinə görə, o heç bir tələb irəli sürməmişdir. Terrorçunun şəxsiyyəti hələ müəyyənləşdirilməmişdir.

Daha bir partlayış Özbəkistanın Əndican şəhərində baş vermişdir. Yaşayış evində baş verən partlayışın səbəbi dəqiqləşdirilir.

Özbəkistanın baş prokuroru Rəşidcon Qədirov bildirmişdir ki, bu günə qədər terror aktlarında şübhəli bilinən 30-dan artıq adam saxlanılmışdır. Onların birindən əldəqayırma 10 partlayıcı qurğu tapılmışdır.

Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, partlayışlarda yaralanmış 30 adam Daşkəndin xəstəxanalarında müalicə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.