DÜNYA
DANİMARKALI OĞRULAR İORDANİYA MƏLİKİNİ QAB-QACAQDAN MƏHRUM ETDİLƏR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərdə deyilir ki, İordaniya məliki II Abdullanın sifariş verdiyi qab-qacaq Danimarka paytaxtının dünya şöhrətli “Royal Kopenhagen” çini qablar fabrikindən oğurlanmışdır.
Polis bildirmişdir ki, bu sifariş gümüşdən hazırlanmış min süfrə əşyasından ibarətdir, hər bir qaşıq, çəngəl və bıçaq II Abdullanın tacının təsviri ilə bəzədilmiş və üzərində onun inisialları həkk edilmişdir. Sifarişin ümumi dəyəri təxminən 2 milyon Danimarka kronu (270 min avro) məbləğindədir.
Oğurlanmış əşyalar arasında ölkənin tanınmış dizayneri, bu il doğumunun 100 illiyi qeyd ediləcək Georq Yensenin 400 saatı da var. Bu saatlar 2,8 milyon Danimarka kronu (378 min avro) məbləğində qiymətləndirilir.
Polis hələlik oğruların izinə düşə bilməmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [16:21]
Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən REPORTAJ
- 04.05.2024 [16:16]
Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb
- 04.05.2024 [15:54]
Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır
- 04.05.2024 [15:52]
Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi
- 04.05.2024 [14:51]
Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub
- 04.05.2024 [14:41]
Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib
- 04.05.2024 [14:12]
Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir
- 04.05.2024 [13:51]