Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

DANİMARKANIN KRALİÇASI ÜLYAHƏZRƏT II MARQRETEYƏ

Ülyahəzrət, 

Danimarka Krallığının milli bayramı - Kraliçanın təvəllüd günü münasibətilə Sizi və bütün xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Danimarka arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 aprel 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin