Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

DANİMARKA KRALLIĞININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB ANDERS FOQ RASMUSSENƏ

Hörmətli cənab Baş nazir, 

Danimarka Krallığının milli bayramı – Kraliçanın təvəllüd günü münasibətilə Sizi və bütün Danimarka xalqını təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasında qarşılıqlı əlaqələr genişlənərək, xalqlarımızın rifahına öz töhfəsini verəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Danimarka xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 aprel 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin