Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

DANİMARKA KRALLIĞININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB ANDERS FOQ RASMUSSENƏ

Hörmətli cənab Baş nazir, 

Danimarka Krallığının milli bayramı - Kraliçanın təvəllüd günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasında əməkdaşlığın hərtərəfli inkişafı üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Danimarka xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 aprel 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin